Buktreyler – kitabın içindəkiləri vizuallaşdırmaqla onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.

Buktreyler Festivalında iştirak etməyə tələs!

Qeydiyyatdan keç

TANINMIŞLAR FESTİVALA SƏSLƏYİR:

Festivalın qalibləri Diplom və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış pul mükafatları ilə təltif olunacaqlar:


I yer - 1.000 AZN

II yer (2 nəfər) - 800 AZN

III yer (3 nəfər) - 500 AZN










Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Sevdiyiniz kitabın buktreylerini çəkin və qalib olun:

Festivalda iştirak şərtləri aşağıdakılardır:

  • Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
  • Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
  • Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
  • Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
  • Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
  • təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
  • iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

  • xronometrajı: max. 3 dəqiqəyədək;
  • formatı: mpeg4, mpeg, mpg, avi, wmv;
  • minimal ölçüsü: 1080p Full HD (1920x1080);
  • media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
  • əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
  • sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı və informasiya dəstəkçilərinin loqoları yerləşdirilməlidir;
  • Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

  • * – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
  • ** – Buktreylerlər burada qeydiyyatdan keçirilməlidir, müəllifin Şəxsiyyət Vəsiqəsinin və Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti təqdim edilməlidir.
  • *** – Son müraciət tarixi: 8 Aprel, 2018

Əlavə məlumat üçün: festival2018@booktrailer.az

MÜNSİFLƏR HEYƏTİ


Münsiflər Heyətinin tərkibi obyektivlik səbəbindən Festival Gününə az müddət qalmış açıqlanır.






Facebookda mesaj göndər:

Facebookda bizi izləməyi unutma.

TƏQDİM EDİLMİŞ BUKTREYLERLƏR:

Təqdim edir:


Təşkilati dəstək:


İnformasiya dəstəyi: